02.10.2018

Neftçala rayonu üzrə 44 məktəbəhazırlıq qrupunda məşğələlərə start verilib

Neftçala rayonunun 32 ümumi təhsil müəssisəsində yaradılmış 44 məktəbəhazırlıq qrupunda məşğələlərə start verilib. Neftçala şəhər 1 nömrəli tam orta məktəbdə isə rus dili qrupu da yaradılıb. Məktəbəhazırlıq qruplarında 774 uşaq məşğələlərə cəlb olunub.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir  və dərs ili iki yarım ilə bölünür. Məşğələlər isə mayın 31-də başa çatır.


Açar sözlər: ,  ,  ,