08.10.2018

"Beynəlxalq Müəllimlər Günü"

Neftçala rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə təhsil işçiləri, Rayon İcra hakimiyyəti, idarə və müəssisə rəhbərləri iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov çıxış edərək ötən tədris ilində rayonun təhsil işçilərinin qazandığı uğurlardan geniş bəhs edərək bildirib ki, “Müəllimlər” günü münasibəti ilə Xıllı qəsəbə 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Fatma Məcidova Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Sonra Təhsil Nazirliyi tərəfindən təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə şəhər 4 saylı tam orta məktəbin direktoru Şəfəq Balaşova “Azərbayacan Respublikası qabaqcıl təhsil işçisi“ döş nişanı ilə, Bankə qəsəbə 1 saylı tam orta məktəbin direktoru Orucəli Hüseynov Fəxri fərmanla təltif olunublar.Tədbirin sonunda rayonun qabaqcıl təhsil işçiləri də İcra hakimiyyəti və Təhsil şöbəsi tərəfindən fəxri fərmanla təltif olunublar. Fəxri adlara layiq görülənlər çıxış edərək ölkə prezidentinə dərin minnətdarlıqların ifadə edib.