08.11.2018

Rayonun bütün ümumtəhsil müəssisələrində "Bayraq günü" ilə əlaqədar silsilə tədbirlər təşkil olunub

Neftçala rayon ümumtəhsil məktəblərində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirlər keçirilib. Tədbirlərdə Rayon İcra  Hakimiyyəti  nümayəndələri, Təhsil Şöbəsinin nümayəndələri, ictimaiyyət nümayəndələri və məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirlər Dövlət himninin səsləndirilməsi ilə başlayıb.. Çıxış edənlər hər kəsi Bayraq Günü münasibətilə təbrik edərək, bayrağın hər bir azərbaycanlının qürur mənbəyi olduğunu vurğulayıblar. Üçrəngli bayrağımızın uca tutulmasını və daim ucalarda olmasının hər bir azərbaycanlının müqəddəs arzusu olduğunu dilə gətiriblər.

Tədbirlərdə məktəbin şagirdləri hərbi-vətənpərvərlik mövzusunda müxtəlif səhnəciklər nümayiş etdirib, şeirlər oxuyub, mahnılar səsləndiriblər.

Çıxış edənlər, bayrağın Azərbaycan xalqı üçün müqəddəs olmasını diqqətə çatdırıblar. Müqəddəs bayrağımızın tezliklə işğal altında olan ərazilərimizdə dalğalanacağını və bu günün çox da uzaqda olmadığını bildiriblər


Açar sözlər: ,  ,  ,