13.11.2018

Polis əməkdaşlarının şagirdlərlə görüşü

Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbdə şagirdlərlə “Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli nəticələri”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib.

Polis əməkdaşları çıxışlarında narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və onun fəsadlarından danışaraq narkomaniyaya qarşı hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə ətraflı məlumat verib. Qeyd edilib ki, respublikada narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizədə Daxili İşlər Nazirliyi, onun Baş Narkotiklərlə Mübarizə İdarəsi və ərazi polis orqanları mühüm vəzifələri yerinə yetirirlər.Tədbirdə erkən nikahlara qarşı sərt mübarizənin aparılmasının, təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb, dini radikalizm və onun fəsadları, dini ekstremizmə və terrorçuluğa qarşı mübarizə metodları, ölkə qanunvericiliyinə uyğun olaraq həyata keçirilməkdə olan tədbirlərdən danışılıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,