13.11.2018

"Hər dənizdən bir damla"adlı poeziya gecəsi

Rayonun Astanlı kənd tam orta məktəbində  “Hər dənizdən bir damla"adlı poeziya gecəsi keçirilib. Tədbirdə çıxış edən müəllimlər ədiblərimizin Azərbaycan mədəniyyətinin, incəsənətinin və dramaturgiyasının inkişafındakı xidmətlərindən danışıb, xalqımızın mədəni irsinin təbliğində, şagirdlərin mədəniyyətə, ədəbiyyata marağının artmasında bu cür tədbirlərin əhəmiyyətini xüsusi qeyd ediblər. Ardınca şagirdlər bir – birindən maraqlı şeirlərlə çıxış ediblər.

            Tədbirin sonunda qeyd olunub ki, bu cür tədbirlər davamlı olacaq və gələcəkdə şagirdlərin iştirakı ilə yeni tədbirlər təşkil olunacaq.


Açar sözlər: ,  ,  ,