14.11.2018

“Uşaq hüquqlarının qorunması” mövzusunda debat

Uşaq hüquqları hər bir dövlətin xüsusi diqqət ayırdığı bir sahədir. Uşaqlarla bağlı dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının və layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.Uşaq hüquqları ilə əlaqədar məktəblərimizdə müxtəlif tədbirlər təşkil olunur.Belə tədbirlərdən biri də  Neftçala rayon Mərkəzi Kitabxanasında humanitar fənlər təmayüllü Muğan liseyinin şagirdləri arasında “Uşaq hüquqlarının qorunması” mövzusunda keçirilən debatdır.

Debatda liseyin müəllim və şagird heyəti iştirak edib. Çıxış edən şagirdlər dövlət tərəfindən onlara göstərilən qayğıdan söhbət açıblar.

Sonda şagirdlər sorğu vərəqələrində öz fikirlərini və təkliflərini qeyd ediblər.


Açar sözlər: ,