14.11.2018

Atletika yarışları

Neftçala rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Neftçala şəhər stadionunda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən birgə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq “Məktəblər arasında respublika çempionatı”nın Atletika idman növü üzrə yarışların rayon mərhələsi keçirilib.

Yarışların keçirilməsində əsas məqsəd bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təbliği, idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətin qiymətləndirilməsi, qalib məktəblərin beynəlxalq idman yarışlarında iştirakının təmin edilməsidir.

Atletika yarışlarının rayon mərhələsində 5-7-ci sinif şagirdləri iştirak edib. Rayonun Aşağı Surra kənd tam orta məktəbin şagirdləri 75 xalla birinci ,Həsənabad qəsəbə və şəhər 2 saylı tam orta məktəbin şagirdləri 65 xalla ikinci, şəhər 1 saylı tam orta məktəbin şagirdləri 30 xalla üçüncü və Xıllı qəsəbə 1 saylı tam orta məktəbin şagirdləri 25 xalla dördüncü yerə layiq görülüblər.

Sonda yarışın qalibləri müxtəlif hədiyyə və diplomlarla təltif olunublar.


Açar sözlər: ,  ,