16.11.2018

“Rəqəmlərin bayramı” adlı tədbir

Rayonun T.İsmayılov adına Mirqurbanlı kənd tam orta məktəbinin birinci sinfində “Rəqəmlərin bayramı” adlı tədbir keçirilib.  Birinci sinif şagirdləri 1-dən 10-a qədər rəqəmləri öyrənməkləri münasibətilə şənlik ediblər. Məktəbə yenicə qədəm qoymuş birincilər böyük sevinclə rəqəmlərə həsr olunmuş şeirlərlə çıxış edib və əl işlərini nümayiş etdiriblər.

Sonda sinif müəllimi öz ürək sözlərini, təşəkkür və təbriklərini dilə gətirərək tədbiri yekunlaşdırıb. Ümid edirik ki, bu ilin birinciləri təhsil pillələrini uğurlu başa vuracaqlar.


Açar sözlər: ,  ,  ,