19.11.2018

Basketbol yarışları keçirilib

 

              Neftçala Rayon Təhsil Şöbəsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 18 noyabr 2018-ci il tarixində Neftçala şəhər 1 saylı tam orta məktəbin idman zalında oğlanlar arasında basketbol idman növü üzrə respublika çempionatının rayon mərhələsi keçirilib. Bu mərhələdə 9-11-ci sinif şagirdlərindən ibarət komandalar iştirak ediblər.

            Yarışda birinci yeri Neftçala şəhər 2 saylı , ikinci yeri Aşağı Surra, üçüncü yeri isə Bankə qəsəbə 2 saylı tam orta məktəblərin komandaları tutublar.

              Yarışın sonunda qalib komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.