19.11.2018

"Ölkəmizi tanıyaq" tur-aksiyasının iştirakçıları yola düşüb

               Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın Neftçaladan olan iştirakçıları Gəncə-Göygöl-Şəmkir istiqamətində yola düşüb.  40 şagird tur-aksiya çərçivəsində əhəmiyyətli mədəni-tarixi yerlərlə tanış olacaqlar.