19.11.2018

Respublika çempionatının rayon mərhələ yarışları davam edir

Neftçala Rayon Təhsil Şöbəsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 17 noyabr 2018-ci il tarixində Neftçala şəhər 1 saylı tam orta məktəbin idman zalında qızlar arasında voleybol idman növü üzrə respublika çempionatının rayon mərhələsi keçirilib. Bu mərhələdə 7-9-cu sinif şagirdlərindən ibarət komandalar iştirak ediblər.

Yarışda birinci yeri Həsənabad qəsəbə, ikinci yeri Bankə qəsəbə 1 saylı,üçüncü yeri isə Qədimkənd kənd tam orta məktəblərin komandaları tutublar.

             Sonda qalib komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.