21.11.2018

"Eko səyahət" film müsabiqəsi keçirilib

“Eko səyahət” Respublika uşaq qısa sənədli film müsabiqəsi BMT Uşaq Fondu (UNİCEF), Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) və IDEA İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin ekoloji maarifləndirmə istiqamətində məlumatlılıq səviyyəsini artırmaq, onların ətraf mühitin qorunmasında fəal iştirakını təmin etmək, onlara ekoloji tərbiyə və mədəniyyətin aşılanması və ictimaiyyətin diqqətini dayanıqlı inkişaf məqsədlərinə çəkməkdir.

Bu gün Nizami Kino Mərkəzində keçirilən “Eko səyahət” Respublika uşaq film müsabiqəsində rayonun Yeniqışlaq kənd ümumi orta məktəbinin komandası üçüncü yerə layiq görülüb.

              Biz də onları təbrik edir və daha böyük uğurlara imza atmalarını arzu edirik.


Açar sözlər: ,