22.11.2018

Şagirdlərimiz “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində keçirilmiş yarışın qalibi olub

18 noyabr 2018-ci ildə “Ölkəmizi tanıyaq” devizi altında tur-aksiyada iştirak edən şagirdlərimiz nailiyyətlə geri dönüblər. Belə ki, 10 rayonun ümumtəhsil məktəblərinin tur-aksiyada iştirak edən şagirdləri arasında “Nə? Harada? Nə vaxt?” adlı intellektual bilik yarışı keçirilib. Şagirdlərimiz yarışda üçüncü yerə layiq görülüb, fəxri fərman və medallarla mükafatlandırılıblar.

Uğurlarının davamlı olması diləyilə şagirdlərimizi təbrik edirik.