23.11.2018

"Sən öz dostlarına necə kömək edirsən?" mövzusunda söhbət keçirilib

Dostluq yer üzünün ən gözəl neməti, ülvi və müqəddəs hisslərin toplusudur. Dostluğu insanlara sevinc dolu həyat bəxş edən saf və mənəvi bir sərvət adlandırmaq olar. Dostluq insanları bir-birinə yaxınlaşdıran qırılmaz zəncirdir, mənəvi körpüdür.

Neftçala rayonu Xol Qaraqaşlı kənd tam orta məktəbinin 3-cü sinfində "Sən öz dostlarına necə kömək edirsən?" mövzusunda Uşaq Birliyi Təşkilatının Rəhbəri Ülkər İbrahimova tərbiyəvi söhbət keçirib.

Söhbətlərin keçirilməsində əsas məqsəd şagirdləri həyata və cəmiyyətə hazırlamaq,onların hərtərəfli inkişafı və geniş dünyagörüşünə yiyələnmələrinə nail olmaqdır.

Söhbət əsnasında şagirdlər öz dostları barədə danışmış, eləcə də yazıçı və şairlərimizin dostluğa həsr olunmuş şeir və hekayələrini səsləndiriblər.

              Söhbət zamanı şagirdlərin məktəb yoldaşları ilə dostluq münasibətin qurulması barədə ətraflı danışılıb.


Açar sözlər: ,  ,  ,