26.11.2018

Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək

Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək.

Qurultayda dövlət və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar,media qurumlarının rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edəcək.

Qurultayda “Azərbaycan Respublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn məsələlər və qarşıya qoyulan əsas hədəflərin həyata keçirilməsi məsələləri müzakirə olunacaq. Həmçinin ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılacaq.

Qeyd edək ki, müəllimlərin qurultayı ənənəvi olaraq 5 ildən bir keçirilir.


Açar sözlər: