27.11.2018

İbtidai sinif müəllimləri üçün mentor xidməti davam edir

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu  və "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Neftçala rayonu üzrə məktəbəhazırlıq qruplarında işləyən ibtidai sinif müəllimləri üçün mentor xidməti davam edir.

            Bu xidməti göstərən mentor – Neftçala şəhər  Elton Həbibov adına 4 saylı tam orta məktəbin ibtidai sinif müəllimi, TİPİİ- nun “Məktəbəhazırlıq  qruplarında  işin təşkili metodikası” üzrə təlimçisi Aynurə Əhədovadır.  O, rayon məktəblərinin məktəbəhazırlıq qruplarında işləyən  30 nəfər ibtidai sinif müəlliminin məşğələsini izləyib, fərdi görüşlər keçirib,qrup görüşlərində həmin müəllimlərə inkişaf planına əsasən lazımi dəstəyi göstərib.


Açar sözlər: ,  ,