28.11.2018

Şahmat idman növü üzrə yarışların rayon mərhələsi keçirilib

Neftçala rayon Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı və RTŞ-nin metodisti Məhərrəm Quliyevin rəhbərliyi ilə Neftçala Uşaq-Gənclər İdman və Şahmat məktəbində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən birgə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq “Məktəblər arasında respublika çempionatı”nın Şahmat idman növü üzrə yarışların rayon mərhələsi keçirilib.

Yarışların keçirilməsində əsas məqsəd bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təbliği, idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətin qiymətləndirilməsi, qalib məktəblərin beynəlxalq idman yarışlarında iştirakının təmin edilməsidir.

Şahmat yarışının rayon mərhələsində şahmat üzrə pilot layihə tətbiq olunan məktəblərin (Şəhər 1, 2 və 3 saylı, Həsənabad qəsəbə, Xıllı qəsəbə 1 saylı, Qədimkənd kənd, Bankə qəsəbə 1 saylı tam orta məktəblərin) II-IV sinif şagirdləri iştirak edib. Rayonun Xıllı qəsəbə 1 saylı tam orta məktəbin şagirdləri birinci, şəhər 2 saylı tam orta məktəbin şagirdləri ikinci, Həsənabad qəsəbə tam orta məktəbin şagirdləri üçüncü və şəhər 1 saylı tam orta məktəbin şagirdləri dördüncü yerə layiq görülüblər.

Sonda yarışın qalibləri müxtəlif hədiyyə və diplomlarla təltif olunublar.


Açar sözlər: ,