28.11.2018

Təhsildə keyfiyyətin yüksəldilməsi məqsədilə monitorinqlər davam edir

Ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, inkişafının təmin olunması istiqamətində bir sıra ciddi addımlar atılıb. Məktəbdə müasir tədris-təlim prosesinin qurulmasında həlledici faktorlardan biri keyfiyyətin yüksəldilməsidir. Bu sahədə rayonun bütün ümumtəhsil müəssisələrində müntəzəm olaraq monitorinqlərin aparılması diqqət mərkəzində saxlanılır.

Bu gün Astanlı kənd tam orta məktəbin III sinfində təhsildə keyfiyyətin yüksəldilməsi məqsədilə monitorinq keçirilib. Monitorinqdə məktəb rəhbərliyi, müəllim və sinfin şagirdləri iştirak edib.


Açar sözlər: ,  ,  ,