29.11.2018

“Əməkdar müəllim” Fatma Məcidova

28 noyabr 2018-ci il tarixində keçirilən Azərbaycan müəllimlərinin XV qurultayı çərçivəsində ölkə Prezidentinin sərəncamlarına əsasən «Əməkdar müəllim» fəxri adı və «Tərəqqi» medalı ilə təltif olunmuş 127 təhsil işçisinə dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.

“Əməkdar müəllim” fəxri adına layiq görülənlərdən biri də Neftçala rayonu Xıllı qəsəbə 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Fatma Məcidova Məhəmməd qızıdır.

Biz də Fatma müəlliməni təbrik edir və fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.


Açar sözlər: ,  ,  ,