03.12.2018

Bilik yarışı keçirilib

Rayonun Xolqaraqaşlı kənd tam orta məktəbinin VII sinfində coğrafiya üzrə fənn müəllimi Firudin Bəşirov bilik yarışı keçirib. Sinif şagirdləri 2 komanda şəklində öz bilik və bacarıqlarını nümayiş etdirərək birincilik uğrunda mübarizə aparıblar. Şagirdlərə coğrafiya fənni ilə bağlı təfəkkür, məntiqi inkişafa əsaslanan ümumi bilik, gündəlik həyatda coğrafiya mövzusundan ibarət suallar səsləndirilib. "Qaliblər" qrupu "Planetlər" qrupundan bir neçə balla fəqlənərək yarışın qalibi olub.

Məktəb rəhbərliyi və coğrafiya müəlliminin təşkilatçılığı ilə həyata keçirilən yarış şagirdlərin coğrafiya fənn biliklərini inkişaf etdirməklə, eyni zamanda gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır.

Sonda qalib komanda və fəal iştirakçılar ayrı-ayrılıqda məktəbin rəhbərliyi tərəfindən mükafatlandırılıblar.


Açar sözlər: ,  ,