05.12.2018

"Fayllar və qovluqlar” adlı açıq dərs keçirilib

Şəhər 1 saylı tam orta məktəbin informatika fənn müəllimi Vəfaqət Məmmədova 5-ci sinifdə “Fayllar və qovluqlar” adlı açıq dərs keçirib. Şagirdlər 4 qrupa bölünüb. Onlar qrup işlərinin icrası ilə bağlı müəllim tərəfindən məlumatlandırılıb. Açıq dərsdə suallar qapalı deyil,açıq suallardan ibarət olub. Dərsin əsas məzmunu slayd formasında hazırlanmış materialda öz əksini tapıb.

Tarix, Gənclərin Çağırışaqədərki hazırlığı müəllimi və rəhbərliyin iştirakı ilə keçirilən açıq dərs maraqla izlənilib.Sonda iştirakçılar tərəfindən təkliflər irəli sürülüb.


Açar sözlər: ,  ,  ,