06.12.2018

Monitorinqlər davam edir

Rayonun Xolqaraqaşlı kənd və şəhər 4 saylı tam orta məktəblərində məktəblərin Fəaliyyət planına uyğun olaraq monitorinq keçirilib. Məqsəd tədrisin keyfiyyətinin, şagirdlərin Azərbaycan dili, ingilis dili və coğrafiya fənni üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, onların humanitar elmlərə marağını artırmaq və yeni biliklər qazandırmaqdır.

Qeyd edək ki, şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılıb.


Açar sözlər: ,  ,