10.12.2018

“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirilib

Neftçala rayonu Q.Nuralıyev adına Xolqaraqaşlı kənd tam orta məktəbində “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirilib.

Məktəb mərhələsində Azərbaycan və dünya ədəbiyyatı ilə maraqlanan, müxtəlif əsərləri mütaliə edən şagirdlər tərtib olunmuş sorğu vərəqlərindəki müvafiq sualları (oxuduqları əsərlər, onların müəllifləri, hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi əhəmiyyəti və s.) yazılı cavablandırıb, təəssüratlarını qeyd ediblər. Müsabiqənin rayon (şəhər) mərhələsinin yanvar-fevral, ölkə mərhələsinin isə mart-aprel aylarında keçirilməsi nəzərdə tutulub.

Müsabiqənin yekun turu Bakıda təşkil olunacaq. Finalda müsabiqə iştirakçıları 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazmalı və sorğu vərəqində onlara təqdim olunan 10 sualı yazılı cavablandırmalıdırlar. Sonda on sualın hər biri maksimum on balla qiymətləndiriləcək. Hər bir iştirakçının yekun balı həmin iki tapşırığa verilən balların cəmi hesab olunacaq.


Açar sözlər: ,  ,  ,