11.12.2018

V-IX sinif şagirdləri arasında “Bilik yarışı”

Rayonun Xolqaraqaşlı kənd ümumi orta məktəbində V-IX sinif şagirdləri arasında məntiqdən “Bilik yarışı” keçirilib. Yarış məktəb rəhbərliyi və informatika müəllimi Azər Cəfərovun təşkilatçılığı əsasında təşkil olunub. Şagirdlər komanda şəklində yarışıblar. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin məntiqdən bilik və bacarıqlarını yoxlamaqdır.

Sonda qalib komandaya rəhbərlik tərəfindən hədiyyələr təqdim olunub.


Açar sözlər: ,  ,  ,