13.12.2018

"Həyatı dəyişən dörd hərf - QİÇS" adlı “Dəyirmi masa”

Neftçala Rayon Heydər Əliyev Mərkəzində "Həyatı dəyişən dörd hərf - QİÇS" adlı “Dəyirmi masa” keçirilib. Tədbirdə Neftçala şəhər 4 saylı tam orta məktəb və “Muğan” liseyinin müəllim və şagird kollektivləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova dünyada yayılmaqda olan qorxulu infeksiyon xəstəliklərdən biri olan QİÇS-lə mübarizədə mühüm elmi uğurların əldə edilməsindən danışıb. Tədbir iştirakçılarına QİŞS-lə əlaqədar video-çarx nümayiş etdirilib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,