14.12.2018

Ümumtəhsil müəssisələrində monitorinqlər davam edir

Rayonun Bankə qəsəbə 1 saylı, Astanlı, Xolqaraqaşlı kənd tam orta məktəblərində təhsildə keyfiyyətin yüksəldilməsi məqsədilə monitorinqlər keçirilib.

Azərbaycan dili, riyaziyyat, biologiya, fizika, coğrafiya fənlərindən məktəb rəhbərliyinin təşkilatçılığı ilə keçirilən monitorinqdə əsas məqsəd şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsini və eləcə də digər fənlərin şagirdlər tərəfindən  hansı səviyyədə qavranılmasını yoxlamaqdır.

Qeyd edək ki, keçirilmiş monitorinqin nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir.


Açar sözlər: ,  ,