14.12.2018

Müəllimimizin uğuru

Elnur Abdiyev 1980-cı ildə Neftçala rayonu Aşağı Surra kəndində doğulub. Orta məktəb illərini doğulduğu kənddə keçirən E.Abdiyev ali təhsilini Lənkəran Dövlət Universitetinin Humanitar elmlər fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirib. Universiteti bitirdikdən sonra Cəlilabad rayonu Kövüzbulaq kənd 2 saylı orta məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. Hal-hazırda Neftçala rayonu Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimidir. 
E.Abdiyev eyni zamanda bədii yaradıcılıqla da məşğul olur. İlk çap olunan şeri "Azadlıq" LDUpress qəzetində çap olunub. Sonra "Məşəl", "Ulduz","Azərbaycan" jurnallarında, eləcə də "Türk dünyası","Oxu məni", "Ədəbiyyat", “Kaspi” və “Ədalət” qəzetlərində vaxtaşırı şeirləri çap olunub. 
2015-ci ildə üç ədəbi almanaxda- Avrasiya şairləri antologiyasında, "Zərrələr", "Zərif beytlər" ədəbi almanaxlarında çap olunub. Elnur Abdiyevin şeirləri ilə yaxından tanış olan Azərbaycan Aşıqlar Birliyinin Sədri,professor,dövlət mükafatı laureatı Məhərrəm Qasımlı şairə Uğur təxəllüsünü verib.

Elnur Uğur Abdiyev AYB, AJB və İƏT-in üzvü, “Qızıl qələm” mükafatı laureatı və Prezident təqaüdçüsüdür. Hal-hazırda şeirləri İran, Türkiyə və Ukraynanın müxtəlif mətbuat orqanlarında çap olunur.

 Elnur Abdiyevin çapdan çıxmış yeni şeirlər kitabı “ Təkcə sən bilirsən”adlanır.

21 dekabr saat 14: 00 - da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda   yeni çapdan çıxmış “Təkcə sən bilirsən” adlı şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.

Qeyd edək ki, “Təkcə sən bilirsən” adlı şeirlər kitabı müəllifin oxucularla sayca dördüncü görüşüdür.


Açar sözlər: