14.12.2018

 “Dahi” inşa yazı müsabiqəsinin qalibləri məlum olub

Ümumilli lider Heydər Əliyevin vəfatının ildönümü hər il Neftçala Rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil müəssisələrində keçirilən bir sıra tədbirlərlə yad edilir. Belə tədbirlərdən biri də inşa yazı müsabiqəsidir. 

Bu il də rayonunun ümumtəhsil məktəbi şagirdlərinin iştirakı ilə Ümumilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə “Dahi ” adlı inşa yazı müsabiqəsi keçirilib.

İnşa yazı müsabiqəsində şəhər 1 saylı  tam orta məktəbin şagirdləri fəallıqları ilə seçiliblər. Müsabiqədə Neftçala şəhər 1 saylı tam orta məktəbinin VIII sinif şagirdləri Qəmbərova Leyla Allahverdi qızı birinci, Cəfərova Nuray Ramil qızı və Neftçala şəhər 4 saylı tam orta məktəbin VI sinif şagirdi Soltanlı Turan Nazim oğlu ikinci və Neftçala şəhər 1 saylı tam orta məktəbinin VIII sinif şagirdi Tağıyeva Zəhrəxanım Fərid qızı isə üçüncü yerə layiq görülərək təşkilatçı - Heydər Əliyev Mərkəzi tərəfindən fəxri fərmanla təltif ediliblər.


Açar sözlər: ,  ,