17.12.2018

“AKM – avtomat silahı” mövzusunda açıq dərs keçirilib

Neftçala şəhər 1 saylı tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı müəllimi Cavid Babayev X sinifdə açıq dərs keçirib. AKM – avtomat silahı adlı açıq dərsdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon Şöbəsinin əməkdaşı – leytenant Ramin Mazanov, şəhər 1 saylı tam orta məktəbin rəhbərliyi, rayonun ümumtəhsil müəssisələrinin gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edən müəllimlər iştirak ediblər.

Dərsdə şagirdlərə AKM avtomat silahı barədə ətraflı məlumat verilməklə yanaşı onlara vətənpərvərlik hissləri də aşılanıb.


Açar sözlər: ,  ,  ,