17.12.2018

"Fövqəladə hallara həmişə hazır olmaq lazımdır" adlı tədbir keçirilib

Rayonun  Xol Qaraqaşlı kənd tam orta məktəbində "Fövqəladə hallara həmişə hazır olmaq lazımdır" adlı tədbir keçirilib. Məktəb rəhbərliyi və kitabxanaçı Ağazadə Balaxanımın təşkilatçılığı ilə 5-ci sinifdə keçirilmiş tədbirdə məişətdə rast gəlinən fövqəladə hallar və bu zaman görülən tədbirlərdən danışılıb. Bununla yanaşı Fövqəladə Hallar Nazirliyinin yaranması tarixi barədə şagirdlərə video-çarx vasitəsilə geniş məlumat verilib.

Tədbirin keçirilməsində məqsəd şagirdlərin baş verə biləcək fövqəladə hallara hazırlığı, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində biliklərin aşılanması olmuşdur.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırlıb.


Açar sözlər: ,  ,  ,