18.12.2018

Polis əməkdaşlarının şagirdlərlə növbəti görüşü

Rayonun F.Quliyev adına Xıllı qəsəbə 2 saylı tam orta məktəbində Neftçala Rayon Polis Şöbəsinin rəisi, Polis polkovniki Vüsal Şəbəndəyev, Narkotiklərlə mübarizə qrupunun baş əməlliyyat müvəkkili, polis kapitanı Elvin Məhərrəmov,sahə rəisi, polis leytenantı Əhmədağa Hüseynov və Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru, polis baş leytenantı Əli Abdullayevin iştirakı ilə "Narkomaniya,erkən nikah və dini radikalizmin zərərləri" mövzusunda görüş keçirilib.

Polis əməkdaşları çıxışlarında narkomaniya və onun fəsadları, erkən nikahlar, ailə-məişət münasibətlərinin yeniyetmələrin davranışına təsiri, radikal dini təriqətlər və onların fəsadları barədə şagirdlərə ətraflı məlumat veriblər.

Görüşün keçirilməsində əsas məqsəd şagirdlərin məlumatlılıq səviyyəsini artırmaqla cəmiyyətdə mövcud problemlərin sayının azaldılmasıdır.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,