18.12.2018

"Dövlətçilik tariximiz" adlı bilik yarışı 

Rayonun Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbində "Dövlətçilik tariximiz" mövzusunda məktəb rəhbərliyi və İnzibati Ərazi Nümayəndəliyinin təşkilatçılığı ilə bilik yarışı keçirilib.

Bilik yarışı Azərbaycan xalqının ümummilli liderinin həyat və fəaliyyətinin öyrənilməsi, onun irsinin yaşadılması və şagirdlər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədini daşıyır.

Sonda məktəbin yuxarı sinif şagirdləri arasında keçirilmiş bilik yarışının qalibləri icra nümayəndəliyi tərəfindən fəxri fərman və müxtəlif hədiyyələrlə təltif olunublar.


Açar sözlər: ,  ,  ,