19.12.2018

Şagirdlərin sınaq qiymətləndirilməsi keçirilib

Neftçala şəhər 1 saylı, Astanlı və Xolqaraqaşlı kənd tam orta məktəblərində şagirdlərin bilik və bacarıqlarının sınaq qiymətləndirilməsi həyata keçirilib.

Astanlı kənd tam orta məktəbin V-VIII sinif şagirdlərinin Azərbaycan dili, riyaziyyat, tarix, xarici dil və coğrafiya üzrə, Xolqaraqaşlı kənd tam orta məktəbin şagirdlərinin coğrafiya fənni üzrə və şəhər 1 saylı tam orta məktəbin IX sinif şagirdlərinin isə buraxılış imtahan fənləri üzrə bilikləri sınağa çəkilib.

Xatırladaq ki, qiymətləndirmənin nəticələri hüquqi əsasa malik deyil. Şagirdlərin bilik və bacarıqlarının səviyyəsini müəyyənləşdirmək və onların buraxılış imtahanlarına hazırlığını düzgün istiqamətləndirərək  təhsildə keyfiyyətin artırılması məqsədi daşıyır.


Açar sözlər: ,  ,  ,