20.12.2018

"Məktəblinin kitabı" layihəsində iştirak edən şagirdlərimiz müxtəlif hədiyyələrlə geri dönüblər

Qadın və Uşaq Akademiyası İctimai Birliyi (QUA) məktəblilərdə  ədəbiyyata, mütaliəyə  maraq yaratmaq  üçün  AzEdu.az  Azərbaycan  Təhsil  Portalı ilə birlikdə həyata keçirdiyi "Məktəblinin kitabı" layihəsində iştirak edən şagirdlərimiz müxtəlif hədiyyələrlə geri dönüblər.

QUA-nın sədri Sevinc Fədainin verdiyi məlumata görə, layihə məktəblilərdə kitaba sevgi, müataliə vərdişi yaratmaq, eyni zamanda uşaqların az yaşdan sosiallaşmasına şərait və onlar arasında sağlam rəqabət yaratmaq məqsədi daşıyıb. Layihədə ümumilikdə 60 məktəbli iştirak edib və onlardan 7-i Neftçala məktəbliləridir. Mükafatlandırma  mərasiminə qatılan 38 məktəblinin arasında Neftçala şəhər 4 saylı tam orta məktəbin də 2 nəfər şagirdi - İsmayılzadə Duyğu,  Əhədzadə Məhəmməd olub. Layihəyə  qoşulan şagirdlər valideynləri ilə birlikdə tədbirdə iştirak ediblər. Qaliblər və onluğa düşən məktəblilərlə yanaşı, layihənin digər iştirakçıları da sertifikat və kitab hədiyyəsi ilə mükafatlandırılıb.

Neftçala şəhər 4 saylı tam orta məktəbin şagirdləri - İsmayılzadə Duyğu,  Əhədzadə Məhəmməd, Məmmədova Pəricahan, Məmmədli Rasim, Ələkbərzadə Malik, Abdullazadə Leyla,  Abdullazadə Aytac  hədiyyə və sertifikatlara layiq görülüblər.


Açar sözlər: ,  ,