24.12.2018

Mehdi Hüseynzadə - 100

Şəhər 1 saylı tam orta məktəbdə Azərbaycan xalqının qəhrəman oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyi ilə əlaqədar “Mehdi Hüseynzadə - 100” adlı ədəbi-bədii gecə keçirilib. Gecədə məktəb rəhbərliyi, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Mətanət Zeynalova, Rayon Mərkəzi Kitabxananın əməkdaşları və məktəbin 9-cu sinif şagirdləri iştirak ediblər.

Ədəbi-bədii gecədə qəhrəmanın həyat yolu haqqında ətraflı məlumatlar verilib, onun şərəfli həyat yolunun bu gün Vətənimizin sərhədlərini qoruyan gənclər üçün əsil nümunə olduğu bildirilib. Mehdi Hüseynzadənin faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazandığı şagirdlərin diqqətinə çatdırılıb.

Şagirdlərə Mehdi Hüseynzadənin həyat yolundan bəhs edən video-çarx və slaydlar nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,