25.12.2018

“31- Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlı rəsm sərgisi

Neftçala şəhər 1 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Nisə Bədəlovanın rəsm sərgisi keçirilib. Şagirdin əl işlərindən ibarət “31- Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlı sərgi məktəb rəhbərliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Sərgini keçirməkdə məqsəd istedadlı şagirdlərin öz bacarıqlarını inkişaf etdirmələri və mövcud şəraitdən maksimum yararlanmalarına köməklik göstərməkdən ibarət olub. Sərgidə gənc rəssamın yaradıcılıq dünyasına nəzər salınıb.

Sərgi ilə tanışlıqdan əvvəl çıxış edən məktəbin direktoru Ülviyyə Abdullayeva bildirdi ki, əsl fitri istedad insan doğulanda onunla birlikdə dünyaya gəlir. Bu istedad isə kiçik yaşlardan üzə çıxmağa başlayır. Hər bir istedadlı insanın isə özünün görmək istədiyi tam fərqli bir dünyası olur. Gənc rəssam Nisə Bədəlovanın da balaca, ancaq zəngin, sehirli dünyası var. Bunu rəssamın çəkdiyi şəkillərdə də görmək olar. Fərqli mövzularda əsərlər yaradan gənc rəssamın öz arzusu var.

Nisə Bədəlovanın daha böyük uğurlara imza atmasını arzulayırıq.


Açar sözlər: ,  ,  ,