26.12.2018

V - IX sinif şagirdləri arasında Azərbaycan dili fənni üzrə bilik yarışı

Rayonun Cəngən kənd tam orta məktəbində V - IX sinif şagirdləri arasında Azərbaycan dili fənni üzrə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə  həsr olunmuş bilik yarışı keçirilib. Yarışda Cəngən və Ərəbqardaşbəyli kənd tam, Şorkənd, Qaraqaşlı və Pirəbbə kənd ümumi orta məktəb komandaları iştirak edib.

Yarışın keçirilməsində məqsəd şagirdlərdə tədris olunan fənlərə maraq oyatmaq, məntiqi təfəkkür bacarıqlarını inkişaf etdirmək və müxtəlif məktəblərin şagirdləri arasında dostluq münasibətlərini möhkəmləndirmək olub.

Bilik yarışında Şorkənd kənd ümumi orta məktəbin komadası I, Cəngən kənd tam orta məktəbin komandası II və Qaraqaşlı kənd ümumi orta məktəbin komandası III yerə layiq görülərək rayon təhsil şöbəsinin diplomları ilə təltif ediliblər.


Açar sözlər: ,  ,  ,  ,