26.12.2018

“Cəfər Cabbarlı – 120” adlı müzakirə

Rayonun Mürsəqulu kənd tam orta məktəbində Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibəti ilə “Cəfər Cabbarlı – 120” adlı müzakirə təşkil edilib. Məktəbin kitabxanasında keçirilən müzakirədə 10-cu sinif şagirdləri iştirak ediblər.

Müzakirənin keçirilməsində əsas məqsəd ХХ əsr Azərbaycan dramaturgiyasının korifеylərindən biri, istеdadlı söz sərrafı, milli ruhlu böyük sənətkar Cəfər Cabbarlı haqqında şagirdlərdə daha geniş məlumat formalaşdırmaqdır.

Müzakirədə dramaturqun yaradıcılığı və əsərləri barədə ətraflı məlumat verilib və fikir mübadiləsi aparılıb.


Açar sözlər: ,  ,  ,