26.12.2018

Şəhidin ev muzeyinə ziyarət

Azərbaycanın milli qəhrəmanları, şəhid oğul və qızlarına göstərilən yüksək ehtiram, onların adlarının əbədiləşdirilməsi gənclər arasında vətənpərvərlik hisslərini birə-beş artırır. Rayonun ümumtəhsil müəssisələrində  bununla bağlı vətənpərvərlik mövzusunda tədbirlər keçirilir.

Belə ki, Neftçala şəhər 4 saylı tam orta məktəbin müəllim və şagird kollektivi şəhid Elimdar Səfərovun ev muzeyində olub. Şəhidin anası Aminə xanım şagirdlərə Elimdarın keçdiyi döyüş yolu haqqında məlumat verib, onunla bağlı xatirələrindən danışıb. Şagirdlər Elimdar Səfərovun xüsusi təyinatlı kimi bacarığını əks etdirən fotoşəkillərdən ibarət albomu ilə tanış olublar.

Görüşün sonunda birdaha bildirilib ki, şəhidlər ölməzdir, ən uca zirvə olan şəhidlərin qanı yerdə qalmayacaq, tezlikən işğal altında olan torpaqlarımız azad olunacaq.


Açar sözlər: ,  ,