27.12.2018

Məktəbəhazırlıq qrupunda bayram tədbiri

Rayonun şəhər 4 saylı tam orta məktəbində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycana məhəbbət, milli mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən bayram tədbiri keçirilib.

Məktəbin direktoru Şəfəq Balaşova əlamətdar günlər münasibətilə məktəbəhazırlıq qrupunda təhsil alan şagirdləri təbrik edib və onlara gələcək təhsillərində uğurlar arzulayıb.

Sonra uşaqlar şeirlər söyləyib, mahnı oxuyub, səhnəciklər nümayiş etdiriblər.