28.12.2018

Rayonun ümumtəhsil müəssisələrində bayram tədbirləri keçirilib

Rayonun bütün ümumtəhsil müəssisələrində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbirləri keçirilib.
          Tədbirlərdə qeyd olunub ki, 31 dekabr tarixi Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan e
dib.

Çıxış edənlər iştirakçıları əlamətdar bayramlar münasibətilə təbrik edib, onlara xoşbəxtlik və firavan həyat arzulayıblar.

Sonda Şaxta baba balacaları təbrik edib və onlara hədiyyələr paylayıb. Tədbir şagirdlərin söylədikləri şeir və rəqslərlə başa çatıb.


Açar sözlər: ,  ,  ,