07.01.2019

Ağırlıqqaldıranların 18-ci açıq turniri

Milli qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə ağırlıqqaldıranların 18-ci açıq turnirində Neftçala rayon Mürsəqulu kənd tam orta məktəbin IX sinif şagirdi Əvəz Tağıyev iştirak edib. Turnirin açılışında Fəxrəddin Şahbazovun ailə üzvləri, həmçinin BŞGBİ-nin rəisi Raqif Abbasov, AAAF-in 1-ci vitse-prezidenti Tofiq Heydərov və digər qonaqlar iştirak ediblər.

Turnirin keçirilməsində məqsəd milli qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, onun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağırlıqqaldırmanın təbliği və inkişaf etdirilməsi, ən güclü idmançıların aşkar olunması, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

Müxtəlif çəki dərəcələrində Əvəz Tağıyev, Elvin Şükürzadə, Elşən Məmmədov, Qurami Giorbelidze, Arçil Malakmadze, Lamia Tebidze, İsa Həsənli, Əli Şükürlü, ümidvar Bayramlı və Tornike Tabatadze qalib adını qazanıblar. Mükafatçılara medal, diplom və xatirə hədiyyələri təqdim edilib.


Açar sözlər: ,  ,