09.01.2019

Yeniqışlaq kənd ümumi orta məktəbin şagirdləri MAG verilişində

Yeniqışlaq kənd ümumi orta məktəbin şagirdləri, “Eko səyahət” Respublika uşaq qısa sənədli film müsabiqəsinin mükafatçıları  – Mirfatimə Ağalarova, Nuranə Babayeva, Məhəmməd Bəyişov və Nərmin Quliyeva Azərbaycan Televiziyasında Müasir Azərbaycan Gənci verilişinin qonağı olublar. Verilişdə çıxış edən Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin nümayəndəsi Nigar Mustafayeva “Eko səyahət” Respublika uşaq qısa sənədli film müsabiqəsi haqqında məlumat verib.

Şagirdlər müsabiqədə nümayiş etdirilən videolar barədə verilişin aparıcısının suallarını cavablandırmışlar. Bu müsabiqənin onların dünyagörüşünün genişlənməsində və ətraf mühitə diqqətin artırılmasında xüsusi rolu olduğu vurğulanıb.

Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin nümayəndəsi Nigar Mustafayeva bu layihənin davamlı olacağını bildirib.


Açar sözlər: ,