11.01.2019

Şəhidin anım günü

M.Sadıqov adına Mayaq kənd 1 saylı tam orta məktəbdə şəhid Mahir Sadıqovun anım tədbiri keçirilib. Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin direktoru Elşən Ağalarov çıxış edib. O, şagirdlərə şəhidin keçdiyi qəhrəmanlıq yolundan  danışıb.

Anım tədbirində məktəbin müəllim və şagird kollektivi iştirak edib. 

Şagirdlərin ifasında Mahir Sadıqova həsr edilmiş bədii kompozisiya, eyni zamanda şeir və mahnılar səsləndirilib. 


Açar sözlər: ,  ,  ,