15.01.2019

“20 Yanvar şəhidləri şagirdlərin gözü ilə” adlı mühazirə

Neftçala rayonu Xol Qaraqaşlı kənd tam orta məktəbin IV sinfində 20 Yanvar soyqırımı ilə bağlı mühazirə keçirilib. Mühazirənin keçirilməsində məqsəd  şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsidir.

 Məktəbin kitabxanasında keçirilən tədbir "20 Yanvar şəhidləri şagirdlərin gözü ilə" mövzusuna həsr edilib. Məktəbin müəllimi Səbinə Xəlilovanın rəhbərliyi ilə keçirilən tədbirdə məktəb rəhbərliyi, müəllimlər və sinif şagirdləri iştirak edib.

Tədbirdə 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olduğu vurğulanıb.


Açar sözlər: ,  ,  ,