24.01.2019

”Manna dövlətinin yüksəlişi” mövzusunda açıq dərs

Rayonun Qaraqaşlı kənd ümumi orta məktəbində  məktəbin tarix müəllimi Vüqar Qələşovun 6-cı sinifdə ”Manna dövlətinin yüksəlişi” mövzusunda açıq dərsi keçirilib.

Dərsdə məktəb rəhbərliyi və Cəngən kənd tam orta məktəbin tarix müəllimi Şəhrəbanu Ağalarova iştirak ediblər.

Dərsdə qrupla iş üsulundan istifadə olunub. Müəllim dərs müddətində dərslik, marker, iş vərəqələri, internetdən istifadə edərək şagirdlərin fəallığının artırılmasını, tarix və qədim dövlətçilik ənənələrinin şüurlu  surətdə dərk edilməsini ən vacib hal kimi diqqət mərkəzində saxlayıb. 


Açar sözlər: ,  ,  ,  ,