29.01.2019

Qabaqcıl müəllim Seyran Səfərov

“Müəllimin şagirdinə və peşəsinə sevgisi vəhdət təşkil etməlidir”

1995-ci ildən indiyədək Xıllı qəsəbə 1 saylı tam orta məktəbində fizika müəllimi işləyən Seyran Səfərov : “Müəllimlik fəaliyyətinə başladığım ilk günlərdən olimpiadaya böyük həvəsim olub. Və bu işimi indiyədək davam etdirirəm. Artıq 20 ildir ki, şagirdlərim dəfələrlə Respublika Fənn Olimpiadalarının eləcə də müxtəlif fənn müsabiqələrinin  qalibi olurlar.”

Seyran Səfərov 2005-ci ildə "Əməkdar müəllim"adına layiq görülüb. Bununla yanaşı o, 2009 ve 2014-cü illərdə 2 dəfə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi, 2017 və 2018-ci illərdə 2 dəfə “Təhsildə inkişaf və innovasiyalar” üzrə 1-ci və 2-ci qrant müsabiqəsinin qalibi olub. Seyran Səfərov 2018-ci ilin dekabrında keçirilən "İstedadlı şagird üçün istedadlı müəllim" müsabiqəsində  yüksək nəticə göstərib.

Qeyd edək ki, Seyran Səfərov müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında 56 bal toplayıb.


Açar sözlər: