01.02.2019

2 Fevral – Gənclər Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Bu gün Neftçala Rayon Heydər Əliyev Mərkəzində 2 Fevral – Gənclər Gününə həsr edilmiş dəyirmi masa keçirilib.

“2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə təşkil olunan tədbirdə  Rayon Təhsil Şöbəsinin müdiri Ə.Kərimov, təhsil şöbəsinin əməkdaşları – S.İbadova, F.Məmmədova, H.Əsgərzadə, Rayon İcra Hakimiyyətinin məsul işçisi V.Əliyev, şair-publisist Z.Pərviz, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları - X.Ağayeva, N.Dadaşov, şəhər 1, 3 və 4 saylı tam orta məktəblərin direktorları və fəal gənclər çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən söz açıblar.

Çıxış edənlər  2 fevral gününün Gənclər Günü kimi elan olunmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu, 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldığını,1997-ci ildən Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlandığını qeyd etmiş, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən söhbət açıblar.

Tədbirdə şəhər 1,3 və 4 saylı tam orta məktəblərin direktorları- Ülviyyə Abdullayeva, Vüqar Dadaşov və Şəfəq Balaşova, eləcə də şəhər 4 saylı tam orta məktəbin şagirdi Mahmud Səmədov və Qədimkənd kənd tam orta məktəbin şagirdi Fidan Ağayeva Rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları ilə təltif ediliblər.


Açar sözlər: ,  ,  ,  ,