04.02.2019

Respublika Fənn Olimpiadasının rayon(şəhər) mərhələsi keçirilib

Fevralın 3-də Neftçala şəhər 1 saylı tam orta məktəbdə Respublika Fənn Olimpiadasının rayon(şəhər) mərhələsi keçirilib.

 Bilik yarışında 9, 10, 11-ci, həmçinin xüsusi istedada və hazırlığa malik 8-ci sinif şagirdləri iştirak ediblər.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilib.

Bu mərhələdə şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib.

Respublika fənn olimpiadalarında iştirak etmək üçün rayon üzrə 282 şagird qeydiyyatdan keçib. 

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadası “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.