05.02.2019

Mikayıl Müşfiq yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Humanitar təmayüllü “Muğan” liseyində  Mikayıl Müşfiq yaradıcılığına həsr olunmuş  ədəbi-bədii gecə keçirilib.

Gecədə çıxış edənlər repressiya illərindən danışaraq bildiriblər  ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. 

Şagirdlərin ifasında şairin yaradıcılığında özünəməxsus yer tutan şeirlər -  “Oxu,tar” , “Yenə o bağ olaydı ” , “Həyat sevgisi”, “Ana” , ”Ata” , ”Necə əl çəkim” və s. şeirlər səsləndirilib.

Gecənin  sonunda çıxış edənlər qeyd ediblər ki, nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnən Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.


Açar sözlər: ,  ,  ,